top
Şimal bölgəsində kreslosunu itirən, vəzifə alan MƏMURLAR
31 dekabr 2024, 12:08
- ↺ +

Şimal bölgəsində kreslosunu itirən, vəzifə alan MƏMURLAR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2024-cü il vəzifədən azad elən və təyinat alan məmurlarla da yadda qalıb.

Shimal.News məlumat verir ki, dəyişikliklərin bir neçəsi şimal bölgəsinə aiddir.

Mayın 31-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov vəzifəsindən azad edilib. Həmin ərəfədə meşə fonduna aid olan 27 hektar torpaq sahəsinin 1 sotu 5 min manata satılması qalmaqalı yaşanıb.

Dövlət başçısının müvafiq sərəncamına əsasən, iyulun 8-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi Sahir Məmmədxanova həvalə olunub.

Qusar Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Zoya Eldarova vəzifəsindən ayrılıb. O öz ərizəsi ilə vəzifəsindən getdiyini bildirib.

Qusar Rayonu İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Mustafayev vəzifəsindən azad edilib. Onun yerinə hər hansısa təyinat baş tutmayıb.

Qusar Rayon Polis Şöbəsində (RPŞ) rəisin xidmət üzrə müavini vəzifəsinə polkovnik-leytenant Emin Kərimov təyin olunub. O, bundan öncə Zərdab RPŞ-də rəisin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsində çalışıb.

“Azərişıq” ASC-nin Şimal Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Taleh Səfərov vəzifəsindən azad edilib. O, “Azərişıq” ASC-nin baş mühəndisi vəzifəsinə təyin edilib.

“Azərişıq” ASC-nin Şimal Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi vəzifəsinə Vüqar Kazımov təyinat alıb.

Mədəniyyət naziri Adil Kərimov əmr imzalayıb. Əmrə əsasən, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsi Vüsal İbrahimova həvalə olunub. O, bu təyinata qədər Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru vəzifəsində işləyib.

Azərbayvan Qida Təhlükəsizliyi Agentliyinin Quba–Xaçmaz regional bölməsinin rəisi vəzifəsinə Vüsal Hüseynov təyin edilib. O, bundan əvvəl Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışıb.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyevin əmri ilə qurumun Siyəzən rayonu üzrə təhsil sektorunun müdiri olan Fikrət Heybətov vəzifəsindən azad edilərək Quba-Xaçmaz Regional Təhsil İdarəsinin inzibati təşkilat sektorunun müdiri vəzifəsinə təyin edilib. Həmin vaxtadək vəzifənin icrası Nicat Əfəndiyevə həvalə edilmişdi.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin maliyyə sektorunun müdiri vəzifəsinə Aqil Ağayev təyin olunub.

Prezident İlham Əliyev Sərəncam imzalayıb. Siyəzən Rayon Məhkəməsinə Günel Cəbrayıl qızı Quluzadə və Xaçmaz Rayon Məhkəməsinə Bayramov Samir Zakir oğlu hakim təyin olunublar.

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Nahid Bağırov Fərid Əhmədovu Xanagah kənd İƏD üzrə nümayəndəsi vəzifəsinə, Şamo Nuğayevi isə Diyallı kənd İƏD üzrə nümayəndəsi vəzifəsinə təyin edib.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən, İsmayıllı RPŞ DYP bölməsinin rəisi Arif Məşədiyev vəzifəsindən azad edilib. O, Göygöl rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polis (DYP) Bölməsinin rəisi vəzifəsinə təyinat alıb. Göygöl RPŞ DYP Bölməsinin əvvəlki rəisi Azər Ələkbərov Xankəndi şəhər Polis şöbəsinin DYP bölməsinə rəis təyin edilib.

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinə Rəşid Məmmədov təyin olunub. Bu təyinatdan öncə Məmmədov RTS-də metodist vəzifəsində çalışıb.

İcra başçısı Nahid Bağırovun müvafiq Sərəncamına əsasən, Topçu kənd İƏD üzrə nümayəndə vəzifəsinə Məmmədov Ramil Azər oğlu, Gəraybəyli kənd İƏD üzrə nümayəndə müavini vəzifəsinə Səfərova Fatma Fazil qızı təyin ediliblər. Xanagah kənd İƏD üzrə nümayəndə vəzifəsinin icrası isə müvəqqəti olaraq, Əhmədov Fərid Nizami oğluna həvalə edilib.

Şabran Rayon Mərkəzi Xəstəxanasının direktoru Səxavət Cəbrayılovun əmrinə əsasən, İlqar Osmanov Keyfiyətə Nəzarətin idarəedilməsi komitəsinin rəhbəri vəzifəsinə təyin olunub. O, bu təyinatadək Siyəzən Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin müdiri, 13 il bundan əvvəl isə Şabran Rayon Mərkəzi Xəstəxanasının Baş həkimi vəzifəsində çalışıb.

Son xəbərlər

İdman
Bu gün, 10:26

Qubalı şəhidin anası futbol klubu yaratdı

Cəmiyyət
Bu gün, 09:29

Şimal bölgəsində qar: kəndlər ağ örpəyə büründü

Bütün xəbərlər
Bu gün, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
07 noyabr 2026, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
07 noyabr 2026, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

Oxşar xəbərlər