Sentyabrın 28-i gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcək.
Shimal.News Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, bəzi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Quba-Qusar, Dağlıq Şirvan bölgələrində leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, bəzi yerlərdən isə qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.