Azərbaycanda fəaliyyət göstərən xəstəxanaların rayonlar və şəhərlər üzrə son vəziyyəti məlum olub.
Shimal.News Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 6 rayon ərazisi üzrə ümumilikdə 12 xəstəxana pasiyentləri qəbul edir.
Məlumata görə, Xaçmaz rayonunda 4 xəstəxana, Quba rayonunda 3, Qusar rayonunda 2, İsmayıllı, Siyəzən və Şabran rayonlarının hər birində 1 tibbi ocağı mövcuddur.
2023-cü ilin sonuna olan məlumata görə, Azərbaycanda olan xəstəxanaların sayı 338 olub. Onlardan 155-i Bakıda yerləşir.