Elm və təhsil naziri Xaçmaz şəhərində vətəndaş qəbulu keçirib. Bu haqda ShimalNews 19 iyul tarixində məlumat verir.
Qəbulda Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayon sakinləri iştirak ediblər. Görüş zamanı vətəndaşlar müəllimlərin yerdəyişməsi, məktəb tikintisi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.
Emin Əmrullayev vətəndaşları dinləyib, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.