Şimal bölgəsində avqust ayına havanın temperaturu açıqlanıb. Bu haqda ShimalNews 31 iyul tarixində Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir.
Quba, Xaçmaz, Qusar və İsmayıllı rayonlarında havanın orta aylıq temperaturunun 22-25 dərəcə isti olacağı gözlənilir. Gecələr havanın temperaturunun 16-21 dərəcə, bəzi günlərdə dağlarda 9-14 dərəcə, gündüzlər 23-28 dərəcə isti olacağı ehtimal edilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 13-116 mm).