Quba və Xaçmazda Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar açıqlanıb. Bu haqda ShimalNews 12 iyul tarixində xəbər verir.
Qafqaz Müsəlmanları İdarəsinin məlumatına əsasən, qan vermək istəyənlər Quba şəhər "Ərdəbil" Məscidi və Xaçmaz Şəhər Məscidinə müraciət edə bilərlər.
Aşura günü bu il 16 iyul tarixinə təsadüf edəcək.