top
Quba: “ASAN xidmət” mərkəzi  xidmətlərinin sahəsini genişləndirib
26 iyul 2023, 18:02
- ↺ +

Quba: “ASAN xidmət” mərkəzi xidmətlərinin sahəsini genişləndirib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba “ASAN xidmət” mərkəzində göstərilən xidmətlərin siyahısı genişləndirilib. Bu haqda ShimalNews 26 iyul tarixində Prezidentin rəsmi internet saytına istinadən məlumat verir.

İlham Əliyev 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Fərmanla “ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən aşağıdakı xidmətlər də həyata keçiriləcək:

- daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

- daşınmaz əmlakın real bazar dəyərinin qiymətləndirilməsinə dair arayışın verilməsi;

- daşınmaz əmlakın dövlət reyestrindən əmlakın təsviri və ünvanı barədə məlumatların verilməsi;

- daşınmaz əmlak obyektinin (torpaq sahəsinin) sxematik bölgüsünün aparılması və bölgü planının verilməsi;

- torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının yerdə (naturada) müəyyən edilməsi;

- daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı arxiv arayışlarının, hüquqi və texniki sənədlərin (planların) təsdiq edilmiş surətlərinin verilməsi;

- yerquruluşu planının verilməsi;

- daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi;

- ünvan reyestri məlumat bazasından arayışların verilməsi;

- ünvan xəritələrindən çıxarışların verilməsi;

- daşınmaz əmlaka dair texniki sənədlərin dublikatının verilməsi;

- daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqların qeydiyyatının ləğv edilməsi;”.

Energetika sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:

- ixrac məqsədli neft-qaz fəaliyyəti üçün podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi;

- ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı və tranziti üçün icazənin verilməsi;

- mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazənin verilməsi;

- Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən güc həddindən yuxarı elektrik enerjisinin istehsalına icazənin verilməsi;

- elektrik enerjisinin nəqlinə icazənin verilməsi;

- elektrik enerjisinin paylanmasına icazənin verilməsi;

- elektrik enerjisinin ixrac və idxal edilməsinə icazənin verilməsi;

- qazın istehsalına və təbii qazın emalına icazənin verilməsi;

- qazın nəqli üçün icazənin verilməsi;

- qazın paylanmasına icazənin verilməsi;

- yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazənin verilməsi;

- neft və qaz yataqlarının kəşfiyyatına icazənin verilməsi;

- neft və qaz yataqlarının işlənməsinə və hasilatına icazənin verilməsi;

- neft və neft məhsullarının emalına icazənin verilməsi;

- neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazənin verilməsi;

Təhsil sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:

- təhsilalanlara təhsil müəssisələrində təhsil almalarına dair arayışların verilməsi;

- sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə sertifikatların verilməsi;

Fövqəladə hallar sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:

- təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə çıxarışın verilməsi;

- partlayıcı maddələrin və qurğuların, tezalışan maddələrin və pirotexniki məmulatların dövriyyəsinə xüsusi icazənin verilməsi;

Ətraf mühitin mühafizəsi sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:

- atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazənin verilməsi;

- balıqovlama biletinin verilməsi;

- ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə ovçuluq biletinin verilməsi, biletin müddətinin uzadılması;

- ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsulların dövriyyəsinə xüsusi icazənin verilməsi”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Cəmiyyət
Dünən, 13:47

Bayram günləri üçün Bakı-Qəbələ qatarının qrafiki açıqlandı

İdman
Dünən, 13:14

"Zaqatala" 600 manat cərimələndi

Cəmiyyət
Dünən, 12:18

Xaçmazda yeni körpünün inşası davam etdirilir

Cəmiyyət
Dünən, 11:40

Şimal və 6 Noyabr Azərbaycan Televiziyası və Radiosu Günü

Hadisə
Dünən, 11:02

Oğuzda usta iş başında öldü

İdman
Dünən, 10:11

Xaçmazlı güləşçi Qazaxıstandan qızıl medalla qayıdır

Cəmiyyət
Dünən, 09:34

Şimala qar yağdı

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

Cəmiyyət
05 noyabr 2026, 18:10

Xaçmazda bayram konserti keçiriləcək

Cəmiyyət
05 noyabr 2026, 17:26

Samur-Yalama Milli Parkının yaranmasından 14 il ötür

İdman
05 noyabr 2026, 16:51

"Qəbələ" yeni forması ilə meydana çıxacaq

Cəmiyyət
05 noyabr 2026, 16:43

Prezident şimallı jurnalistləri təltif etdi

İqtisadiyyat
05 noyabr 2026, 15:41

Qubada sakinlərin müraciətləri əsasında aidiyyəti qurumlara tapşırıqlar verilib

Oxşar xəbərlər