top
Seydina Keyta: Hazırda Qəbələ çətin vəziyyətdədir
Bu gün, 13:35
- +

Seydina Keyta: "Hazırda "Qəbələ" çətin vəziyyətdədir"

Seydina Keytanın "Qəbələ"yə gəlişində komandanın sabiq futbolçusu Dodonun da rolu oub.

Seneqallı mərkəz müdafiəçisi bunu klubun rəsmi saytına açıqlamasında deyib.

O, komandaya uyğunlaşma prosesi, Azərbaycan futbolu haqqında məlumatları və hədəfləri barədə danışıb:

"İlk olaraq komanda və buradakı infrastrukturu qeyd edə bilərəm. Gördüyüm qədər Qəbələdə infrastruktur çox yaxşıdır. Xəstələndiyim üçün komanda ilə oyunlara tam hazırlaşmasam da, bu cür şəraitdə yaxşı performans göstərmək mümkündür".

Təcrübəli futbolçu Azərbaycan futboluna bələd olduğundan və "Qəbələ"nin sabiq oyunçusu Dodo ilə dostluq münasibətlərindən söz açıb:

"Azərbaycan futbolu barədə məlumatım var idi. "Qarabağ"ın, demək olar ki, Çempionlar Liqasındakı bütün oyunlarına baxmışam. "Qəbələ" haqqında da məlumatlı idim. Çünki mənim dostum, eyni zamanda komandamızın əfsanəsi olan Dodo vaxtilə burada oynayıb. Onunla Latviyanın "Liepaya" klubunda bir yerdə çıxış etmişik. Dodo "Qəbələ" haqqında mənə çox danışıb. Komandanın bir neçə oyununu da izləmişəm. Zənnimcə, çox maraqlı komandadır. Düzü, "Qəbələ"dən təklif gələndə bunu Dodo ilə müzakirə etmədim. Çünki o, əvvəlcədən mənə "Qəbələ" haqqında çox şey danışmışdı. Həmçinin Dodonun "Qəbələ"nin heyətində avrokuboklarda çıxış etdiyi oyunlara da baxmışam. İlk təəssüratım bu oldu ki, çox yaxşı komandadır. Buna görə də əlavə məlumata ehtiyacım yox idi. Həmçinin futbolçu olaraq gedəcəyim komanda barədə çox soruşmağı xoşlamıram. Əsas odur ki, həmin klubda özüm yaxşı təəssürat yaradım".

Keyta sonda azarkeşlərə müraciət edərək, onlardan dəstək istəyib:

"Azarkeşlərə sözüm odur ki, komandaya dəstək olsunlar. Hazırda "Qəbələ" çətin vəziyyətdədir. Buna görə də onların dəstəyinə xüsusilə ehtiyacımız var. Söz verə bilərəm ki, hər şey yaxşı olacaq. Biz əlimizdən gələnin ən yaxşısını etmək üçün buradayıq. Ümid edirəm ki, hamımız birlikdə yaxşı nəticə qazana bilərik".

Qeyd edək ki, "Qəbələ" bir müddət öncə Seydina Keyta ilə "6 ay +1 illik" müqavilə imzalayıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:50

Qubada ər-arvad davası cinayətlə nəticələndi

Bütün xəbərlər
Bu gün, 12:10

Usta işlədiyi obyekti qarət etdi

Bütün xəbərlər
Bu gün, 11:30

Qəbələdə yanğın olub

Bütün xəbərlər
Bu gün, 10:49

Qubada avtomobil aşıb - FOTO

Bütün xəbərlər
Bu gün, 10:01

Xaçmazda zəncirvari qəza baş verib - FOTO

Bütün xəbərlər
Bu gün, 09:22

Quba-Xaçmaz yolunda son vəziyyət - FOTO

Bütün xəbərlər
Dünən, 19:10

Sabah qış sərt üzünü göstərəcək

Bütün xəbərlər
Dünən, 18:30

Qubada yol nişanları "gizlənqaç" oynayır: sürücülər çaşqın vəziyyətdə

Bütün xəbərlər
Dünən, 17:50

Qax Rayon Prokurorluğuna yeni təyinat

Bütün xəbərlər
Dünən, 17:09

Qusarda məktəbli qızları maşın vurdu

Bütün xəbərlər
Dünən, 16:25

Qubada valideyn himayəsindən məhrum olan uşaqlar müayinə edilib

Bütün xəbərlər
Dünən, 15:45

Zaqatalada avtoqəza - ÖLƏN VAR

Bütün xəbərlər
Dünən, 15:30

Qəbələ "Qış Nağılı" Musiqi Festivalına hazırlaşır

Bütün xəbərlər
Dünən, 14:45

Quba-Xaçmaz yolunda gəzən təhlükə

Bütün xəbərlər
Dünən, 14:00

Xaçmazda məzar daşını sındıran şəxs həbs olundu

Bütün xəbərlər
Dünən, 13:21

Sələmçi qadını və ərini öldürən şəxs qərardan narazıdır

Bütün xəbərlər
Dünən, 12:40

Köhnə Xaçmazda ölüm hadisəsi: araşdırma aparılır

Bütün xəbərlər
Dünən, 12:05

Şimal-Qərb regionunda işıq olmayacaq

Bütün xəbərlər
Dünən, 11:30

"Şahdağ Qusar"dan ayrılan Voronsov fikrini dəyişdi

Bütün xəbərlər
Dünən, 10:53

Qusarda 25 yaşlı qadın dəm qazından zəhərlənib

Bütün xəbərlər
Dünən, 10:00

1 yaşlı körpə qəfil dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 09:19

Su yerinə zibil-Xaçmazda antisanitariya xəstəliklərə səbəb olur

Bütün xəbərlər
12 yanvar 2026, 19:00

"Yengicə" və "Əlicançay" su anbarlarının tikintisinin başa çatacağı vaxt açıqlanıb

Oxşar xəbərlər