top
Şəhidin adını daşıyan küçə baxımsız vəziyyətdə – Xaçmazda acı mənzərə
13 dekabr 2025, 12:39
- ↺ +

Şəhidin adını daşıyan küçə baxımsız vəziyyətdə – Xaçmazda acı mənzərə

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmaz şəhərində Vətən müharibəsi şəhidi Fərid Seyfullayevin adını daşıyan küçənin illərdir bərbad vəziyyətdə qalması narahatlıq doğurur və bir çox suallar yaradır.

Məsələ ilə bağlı Shimal.News-a müraciət edən sakinlərin sözlərinə görə, aidiyyəti qurumların bu duruma laqeyd yanaşması anlaşılmazdır. Küçə intensiv hərəkət yollarından biri olmasına baxmayaraq, nə təmir edilir, nə də təhlükəsizlik tədbirləri görülür.

Sözügedən yol ilə Xaçmaz şəhər 2 nömrəli tam orta məktəbdə təhsil alan şagirdlər də daxil olmaqla hər gün min nəfərdən artıq insan hərəkət edir. Sakinlər bildirirlər ki, yağışlı havalarda keçilməz palçıq və bataqlıq yaranır. Bundan da təhlükəlisi - küçə ərazisində elektrik transformatorunun açıq vəziyyətdə olması insan həyatı üçün real təhlükə mənbəyinə çevrilib.

"Yağış yağan kimi yaxınlıqdan keçən çay daşır, küçə sanki gölməçələrdən ibarət olur. Uşaqlar, yaşlılar bu vəziyyətdə hər gün risk altındadır", – deyə sakinlər narazılıqlarını bildirirlər.

Onların sözlərinə görə, problemin aradan qaldırılması üçün dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, bu günə qədər hər hansı addım atılmayıb.

Əvvəllər Bakı küçəsi kimi tanınan bu yola Vətən müharibəsində Şuşaya kimi yol keçib və şəhidlik zirvəsinə ucalan Fərid Seyfullayevin adı verilib. Onun anım mərasimlərində rayon rəhbərliyi və müxtəlif dövlət qurumlarının nümayəndələri mütəmadi iştirak etsələr də, onun adını daşıyan küçənin bu vəziyyətdə qalması ictimaiyyətdə haqlı narazılıq yaradır.

Xatırladaq ki, 29 yaşlı Fərid Seyfullayev Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub. O, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Şəhid ailəli idi, Ayla və Səma adlı iki övladı Vətənə əmanət qalıb.

Shimal.News məsələni diqqətdə saxlayır. Aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər