Qusarın “Samur” gömrük postundan avtomobil ehtiyat hissələri və güclü təsiredici dərman preparatlarının qanunsuz keçirilməsi cəhdi olub. Bu haqda ShimalNews 10 iyul tarixində məlumat verir.
İdxal nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsində sənədlərində qeyd olunmayan və düzgün şəkildə bəyan edilməyən külli miqdarda tibbi ləvazimatlar, güclü təsir edən “Tramadol” adlı dərman və avtomobil ehtiyat hissələri aşkar olunub.
Faktla əlaqədar araşdırma aparılır.