Xəbər verdiyimiz kimi, Xalq artisti Hacı Murad Yegizarov 13 sentyabrda uzun sürən xəstəlikdən sonra Almaniyada dünyasını dəyişib.
Bu gün mərhumla Təzəpir məscidində vida mərasimi keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndəriblər.
Qeyd edək ki, vida mərasimindən sonra cənazə II Fəxri xiyabana aparılaraq torpağa tapşırılıb.