Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov İsmayıllı rayonunda vətəndaşları qəbul edib.
“ShimalNews” xəbər verir ki, qəbul “9 №-li Yol İstismarı” MMC-nin inzibati binasında keçirilib. Görüşdə İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.