Şəki rayonunda yerləşən "Bio Garden" Aqro Ekoturizm təsərrüfatında heyvanların düzgün şəraitdə saxlanılmadığı və baxımsız qaldıqları məlum olub.
Milli.Az-ın məlumatına görə, təsərrüfat əsasən meyvə ağaclarından ibarət olsa da, orada həm vəhşi, həm də ev heyvanları saxlanılır. Bu heyvanlar təsərrüfatı ziyarət edən qonaqlara nümayiş olunur. Əraziyə giriş ödənişlidir - bir nəfər üçün 5 manatdır.
Təsərrüfatda vəhşi heyvanlardan 3 ədəd qartal saxlanılır. Onlarla bağlı məlumat löhvəsində qeyd olunub ki, bu qartalların göz və qanadlarında şikəstlik var və təbiətdə məhv olmamaları üçün xüsusi nəzarətdə saxlanılırlar.
Orada acıncaqlı vəziyyətdə olanlarlar isə cins itlərdir. Onların saxlanılma şəraiti və qulluq düzgün təşkil olunmadığından heyvanların əziyyət çəkdiyi açıq şəkildə görünür. İtlərin saxlanıldığı yerin döşəmə hissəsinin beton olması heyvanların oynaq hissələrində yaraların yaranmasına səbəb olub.
Bəzilərinin isə ağzı və burun hissəsində də yaraların olduğu görünür.