top
Şəkidə festival keçirilir
11 oktyabr 2025, 15:30
- ↺ +

Şəkidə festival keçirilir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Şəkidəki "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində "Terra Madre Shaki" qastronomiya festivalı keçirilir.

Shimal.News xəbər verir ki, tədbirdə Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət qurumunun (UNESCO) Ümumdünya İrs Siyahısında yer alan və tarixi İpək Yolu şəhəri olan Şəkidə təşkil edilən "Terra Madre" qastronomiya festivalının əhəmiyyətindən danışılıb.

Azərbaycanda ilk dəfə keçirilən, ölkəmizə "Slow Food" təcrübəsini gətirən festivalın əsas məqsədi kənd icmalarının balanslı inkişafına dəstək olmaqla dayanıqlı qida sistemini, yerli kulinariya ənənələrini və mədəni irsi təşviq etmək, eyni zamanda aqrobiomüxtəliflik ehtiyatlarının səmərəli istehsal və istehlakına töhfə verməkdir.

Vurğulanıb ki, "Slow Food" dadlı, təmiz və sosial ədalətlilik prinsiplərinə əsaslanan daha sağlam qidalanmanı təmin edən, milli və regional mətbəxlərin ənənələrini qoruyub saxlayan yanaşmadır. Ümumilikdə isə "Terra Madre Shaki" festivalı Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi regionlarında həyata keçirilmiş "Slow Food" layihəsinin yeni mərhələsi kimi çıxış edir.

Şəkinin tarixi mərkəzində keçirilən festivalda kənd təsərrüfatı siyasəti və qastronomiya üzrə ekspertlərin forumu, hökumət nümayəndələrinin və sənaye mütəxəssislərinin iştirakı ilə biomüxtəliflik, şərabçılıq üzrə dəyirmi masa müzakirələri təşkil edilib. 30-a yaxın yerli istehsalçı fermerin hazırladığı məhsulların yarmarkası, həmçinin dequstasiya və ustad dərsləri keçirilib.

Yarmarkada, ümumilikdə 26 bölmə üzrə 13 stenddə Qəbələ və İsmayıllıda yetişdirilən ata-baba fındığı, Dəmirçi, Basqal və Lahıc dağ kəndlərində hazırlanan qara halva, mürəbbələr, Abşeronun zəncirfərəc şirniyyatı, Qax-Zaqatala bölgəsinə xas olan maxara, Lənkəranın müxtəlif çay növləri, Şəkinin "Bio garden" təsərrüfatında orqanik üsullarla yetişdirilən meyvə, tərəvəz və giləmeyvələr, Şəki paxlavası, Şəki şərabları, Şamaxının Mədrəsə üzümü, Qafqazın dağlıq ərazilərində hazırlanan pendir növləri, Qaladərəsi kəndində istehsal olunan süd məhsulları, İvanovka kəndinə məxsus günəbaxan yağları, Naxçıvan qovurması və sair məhsullar ziyarətçilərə təqdim olunub.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 09:29

Şimal bölgəsində qar: kəndlər ağ örpəyə büründü

Bütün xəbərlər
Bu gün, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
07 noyabr 2026, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
07 noyabr 2026, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

Oxşar xəbərlər