Sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri çərçivəsində - Şəki rayonu ərazisində Şinçay çayında sahilbərkitmə işlərinə 2 890 483 AZN sərf ediləcək.
Pravda.az-ın məlumatına görə, sahilbərkitmə işlərini “Aztikintiservis” MMC həyata keçirəcək.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxs və şirkət arasında müqavilə bağlanıb, işlərin icrasına başlanılıb.