Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Qusar, Quba, Xaçmaz rayonlarından olan vətəndaşları qəbul edəcək.
Shimal.News komitəyə istinadən xəbər verir ki, tədbir Qusar rayonunda yerləşən Heydər Əliyev Mərkəzində (M.Vəliyev küçəsi) keçiriləcək. Sakinlərin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.
Əlavə məlumat almaq üçün “195” Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.