"Şahdağ” Turizm Mərkəzində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri üçün tədbir keçirilib. Bu haqda ShimalNews 25 iyul tarixində “Azərtac”a istinadən məlumat verir.
Mərkəzin təşkilatçılığı ilə keçirilən tədbirdə Quba, Qusar və Xaçmaz rayonlarından olan 100-ə yaxın şəxs iştirak edib. Şəhid ailələri kompleksin ərazisinə təşkil edilən ekskursiyaya qatılıblar. Onlar üçün müxtəlif attraksionlardan, kanat xətlərindən istifadə imkanı yaradılıb, o cümlədən interaktiv oyunlar keçirilib, musiqili-əyləncəli proqramlar təşkil edilib.