Qusarda 26 yaşlı gəncin meyiti aşkar olunub. Bu barədə ShimalNews 17 iyul tarixində “Bizim.Media”ya istinadən xəbər verir.
Hadisə "Şahdağ" Turizm Mərkəzində qeydə alınıb. Məlum olub ki, həmin şəxs Urva kənd sakini Rauf Yaqubovdur. O, xizəklərin təmiri üzrə usta işləyirdi.
Rayon prokurorluğunda faktla bağlı araşdırma aparılır.