"Şahdağ Turizm Mərkəzi" ötən ili zərərlə başa vurub. Bu haqda ShimalNews 15 avqust tarixində “Report”a istinadən məlumat verir.
Dövlət Turizm Agentliyinə məxsus müəssisə 2023-cü ili 6.682 milyon manat ziyanla yekunlaşdırıb. Bu, 2022-ci illə müqayisədə 23,1% azdır. Şirkətin yığılmış zərəri 6,9% artaraq 103.859 milyon manata çatıb.
“Şahdağ Turizm Mərkəzi” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 397.507 milyon manatdır.