top
Şagirdləri ilə çiyin-çiyinə döyüşən Altay müəllim
18 noyabr 2025, 10:56
- ↺ +

Şagirdləri ilə çiyin-çiyinə döyüşən Altay müəllim

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsmayıllı rayon A. Məmmədov adına Diyallı kənd tam orta məktəbinin çağırışaqədərki hazırlıq rəhbəri Altay Pənahov əvvəllər hərbçi olub. O, 17 ildir ki, orta məktəbdə çağırışaqədərki hərbi hazırlıq fənnini tədris edirdi. Altay müəllim şagirdlərinin bir gün müharibədən keçəcəyini bilirdi, lakin həmin gün gələndə onlarla çiyin-çiyinə döyüşə bilib-bilməyəcəyini düşünürdü. Nəhayət, gözlənilən müharibə başlayanda onun üçün də döyüş yolu açılıb:

“Müharibə başlayanda 46 yaşım vardı. Ehtiyatda olan zabit kimi iştirak edə bilərdim və etdim”.

Altay müəllim səngərdə həm həmkarlarına, həm də şagirdlərinə rast gəlib:

“Hazırlıq keçdiyim şagirdlərdən 36 nəfər Vətən müharibəsinə qatılıb. Onlarla çiyin-çiyinə döyüşmək, hətta səngər yoldaşı olmaq mənə qismət oldu. Amma bunun ürək titrədən tərəfi də vardı. Komandir üçün tabeliyində olan əsgərin, müəllim üçün isə şagirdinin şəhid olması çox ağırdır. Müharibə zamanı minaatan batareyasının komandiri olmuşam. Çalışırdım ki, buraxacağım bir səhv ucbatından tabeliyimdə olan əsgərlərdən birinin də burnu qanamasın. Xoşbəxtəm ki, hər biri sağ-salamat evinə qayıtdı. Amma müəllim kimi bu qədər şanslı ola bilmədim. Şagirdlərimdən iki nəfər - Orxan Lətifli və Tural Şıxızadə şəhid oldu. Üç nəfər yaralandı, səhhətində problem qalanlar var, amma sağdırlar. Şagirdim Elnur Qədirli də kəndimizdə gözümüzün önündə böyümüş uşaqlardan idi. Təəssüf ki, o müharibədən qayıtmadı, itkin düşdü”.

Altay Pənahov bildirib ki, xidmət etdiyi bölmə ilk gündən Suqovuşan istiqamətində döyüşlərə qatıldığı üçün müharibə boyu Talış-Suqovuşan istiqamətində vuruşublar. Zəfər günü isə Tapqaraqoyunlu kəndi yaxınlığında olublar:

“Noyabrın 7, 8 və 9-da döyüş mövqeyindən geri çağrılmışdıq. Taborumuz Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşdirilmişdi. Komplektləşdirilib cənub istiqamətində gedən döyüşlərə göndərilməyimiz planlaşdırılırdı”.

Zəfər xəbəri isə bir anda gəlib:

“Biz nisbətən geridə olsaq da, ön xəttdə raket-artilleriya həmləsi davam edirdi. Səslər, səmadakı od işıqları, hər tərəfi bürüyən müharibə mənzərələri bir anda susdu. Gecə xəbər gəldi ki, Ali Baş Komandan çıxış edir və düşmən təslim olub. Xəbər hamımız ayaq üstə olduğumuz an gəldi. Onsuz da aramızda düşmənin təslim olacağına şübhə edən yox idi. Bilirdik ki, gec-tez ya düşməni torpaqlarımızdan qovacağıq, ya da təslim olub çıxmaq məcburiyyətində qalacaqlar. Qələbəmiz çox böyük uğur idi və bu gün həmin qələbə gözümüzdə daha da böyüyüb”.

Bu böyük qələbədən sonra, 2020-ci ilin dekabrında Altay Pənahov ordudan növbəti dəfə tərxis olunub ehtiyata buraxılıb. O zaman artıq kapitan rütbəsini daşıyırdı:

“2021-ci ildə “Suqovuşanın azad olunmasına görə”, 2022-ci ildə isə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edildim”.

Altay Pənahov elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə də təltif olunub.

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər