İsmayıllının Talıstan kəndində təhsil alan Emil Ağamirzəyev “History of world countries” (Dünya ölkələrinin tarixi) adlı beynəlxalq elm müsabiqəsində uğur qazanıb.
ShimalNews xəbər verir ki, yeniyetmə Fransada keçirilən müsabiqədə 5-ci yerə layiq görülüb. Onun müsabiqəyə hazırlıq prosesində Orxan Əhmədovun əməyi var.
Daha öncə, Emil Ağamirzəyev İtaliya, İngiltərə, Türkiyə,Qazaxıstan və Serbiya keçirilən beynəlxalq müsabiqələrdə fərqlənib.