“Xəzəri qoruyaq-2024” layihəsi çərçivəsində Xəzər dənizinin Şabran sahillində təmizlik aksiyaları keçirilib.
ShimalNews Ekologiya Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, 12 ha ərazidən 550 kq tullantı yığılaraq daşınıb.
Layihə çərçivəsində 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşkilatçılığı və Şabran Rayon İcra Hakimiyyətinin dəstəyi, Şabran şəhər İƏD üzrə nümayəndəliyin, Şabran rayon Yaşıllıq və Təmizlik İdarəsinin, 4 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin, “Eco Hub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin əməkdaşlarının və "Yaşıl ASAN" könüllülərinin iştirakı ilə ümumilikdə aksiyada 80 nəfər iştirakçının əməyi keçib.