Quba-Bakı avtomobil yolunda yanğın olub. “ShimalNews” xəbər verir ki, hadisə Şabran rayonu ərazisində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, “Mercedes" markalı minik avtomobilinin yanar hissələri alovlanıb. Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Alov söndürülüb.