Gənclərin kitaba əlçatanlığının təmin olunması və onların mütaliə səviyyəsinin yüksəldilməsi məqsədilə Şabranda layihə həyata keçirilib.
ShimalNews məlumat verir ki, "Gənclərə kitab hədiyyə edək" layihəsi Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə baş tutub.
Çölquşçu kəndində 150 kitab yeniyetmə və gənclərə hədiyyə edilmişdir. Onlar ictimai fəal Aydın Kərimlinin təşəbbüsü ilə Bakı və Sumqayıt şəhərlərində kitab toplama aksiyası zamanı yığılmışdır.