Şabran rayonunun Udulu kəndndə ikimərtəbəli evdə yanğın qeydə alınıb.
ShimalNews Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadən xəbər verir ki, qurumun müvafiq bölmələri çağırış üzrə cəlb olunublar.
8 otaqlı evin, sahəsi 18 kv.m olan köməkçi tikilinin, sahəsi 40 kv.m olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılan 4 ton ot bağlaması yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.