Şabran rayonu ərazisində dəmir yolundan 150 kq armaturu və 30 litr dizelin oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “ShimalNews”a verilən məlumata görə, hadisə avqustun 29-u qeydə alınıb.
Nəqliyyatda Baş Polis İdarəsi Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tədbir keçiriblər. Nəticədə oğurluq əməlini törətməkdə şübhəli bilinən H.Abdullayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.