Şabran və Xaçmaz şəhərləri arasında şahmat idman növü üzrə yoldaşlıq görüşü keçirilib.
Shimal.News xəbər verir ki, hər iki rayondan 32 nəfər olmaqla ümumi 64 şahmatçı şagird yarışıb.
Yarışın keçirilməsində əsas məqsəd şagirdlərin yarış təcrübələrini artırmaq və dostluq əlaqələrini gücləndirməkdir.
Xaçmaz şəhəri Uşaq-gənclər idman-şahmat məktəbində keçirilən görüşün finalı dekabrda keçiriləcək.

