Şabran sakinini aldadaraq pulunu alan şəxs saxlanılıb.
ShimalNews Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşları əməliiyat keçiriblər.
Nəticədə Şabran rayon sakinini aldadaraq 10.000 manatını almaqda şübhəli bilinən 30 yaşlı M.Şahmuradlı saxlanılıb. Onun xuliqanlığa görə də axtarışda olması da müəyyən olunub.
Araşdırma aparılır.