Şabran rayonunda deputatlığa namizəd olan Ceyhun Məmmədov seçicilərlə görüşüb.
ShimalNews xəbər verir ki, deputatlığa namizəd Cəbrayıldan olan vətəndaşlarla söhbət edib. O, özü haqqında məlumat verib və kəndin mövcud problemləri ilə yaxından tanış olub. Görüşdə YAP Cəbrayıl Rayon Təşkilatının sədri Arif Fərzəliyev və Opera və Balet Teatrının Baş rejissoru Hafiz Quliyev iştirak etdilər.