Xaçmazın icra başçısı Elnur Rzayev Pirquluoba kəndində sakinlərin səyyar qəbulunu keçirib. Bu barədə ShimalNews 20 iyun tarixində RİH-yə istinadən məlumat verir.
Qəbulda Pirquluoba İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Qoçaqqazma, Hacıməmmədoba və Yeni Sudur kəndlərinin sakinləri iştirak ediblər.
Xaçmaz Rayon Prokuroru Rəşad Məmmədovun, təhsil, səhiyyə, mədəniyyət və digər xidmət təşkilatlarının məsul şəxslərinin qatıldığı görüşdə vətəndaşların müraciəti və təklifləri dinlənilib.
Görüş zamanı sakinlərin müraciətlərinin həlli məqsədilə aidiyyəti şəxslərə tapşırıqlar verilib.