Xaçmaz Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Elnur Rzayev vətəndaşlarla səyyar görüş keçirib.
ShimalNews xəbər verir ki, tədbir Gödəkli kəndində baş tutub. Burada yerli əhalinin və Çaykənarı kənd sakinlərin müraciət və təklifləri dinlənilib.
Gündəmdə su təchizatının yaxşılaşdırılması, kəndlərarası yolun təmiri, elektrik təsərrüfatının yenilənməsi və digər məsələlər olub.
İcra başçısı sakinləri dinləyərək, onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Onlrın bəziləri isə yerində həllini tapıb.