Xaçmazın Yalama kəndində vətəndaşların səyyar qəbulu keçirilib. Bu haqda ShimalNews 7 iyun tarixində RİH-yə istinadən məlumat verir.
İcra başçısı Elnur Rzayev Düztahiroba, Xanoba, Ortaoba, Səlimoba, Ukuroba, Yaquboba və Zuxuloba kəndlərinin sakinlərinin müraciətlərini dinləyib.
Sakinlər kəndlərarası yolun təmiri, yeni salınan yaşayış massivinin qazlaşdırılması, elektrik təsərrüfatının yenilənməsi, suvarma suyuna olan ehtiyacın ödənilməsi və digər məsələlərlə bağlı müraciətlər səsləndiriblər.
Bu məsələlərin həlli üçün rayon rəhbəri müvafiq tapşırıqlar verib. Bəzi müraciətlər yerindəcə həll edilib.