Qubanın icra başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini Tariyel İbrahimov Tüləkəran kəndində sakinlərin səyyar qəbulunu keçirib. Bu barədə ShimalNews 20 iyun tarixində RİH-yə istinadən məlumat verir.
Qəbulda Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər. Görüş zamanı sakinlərin müraciətlərinin həlli məqsədilə aidiyyəti şəxslərə tapşırıqlar verilib.