Qubanın icra başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini Tariyel İbrahimov Əlik kəndində sakinlərin səyyar qəbulunu keçirib. Bu barədə ShimalNews 23 iyun tarixində RİH-yə istinadən məlumat verir.
Qəbulda rayon prokuroru, Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər. Görüş zamanı sakinlərin müraciətlərinin həlli məqsədilə aidiyyəti şəxslərə tapşırıqlar verilib.