Bu gün Qubada icra başçısı İlqar Mahmudov vətəndaşların qəbulunu keçirib. Bu barədə ShimalNews 20 sentyabr tarixində Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.
Görüşdə əvvəlcədən müraciət edən 23 vətəndaş fərdi qaydada qəbul olunub. Onlar məşğulluq, torpaq sahəsinin ayrılması, dam örtüyünün dəyişdirilməsi və digər sosial müdafiə məsələləri barədə müraciətlər səsləndiriblər. Məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə tapşırıqlar verilib.