Rəqəmsal inkişaf və nəqliyyat naziri (RİNN) Rəşad Nəbiyev Quba, Xaçmaz və Qusar rayonlarının sakinləri ilə görüş keçirib.
Shimal.News xəbər verir ki, tədbir Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutub.
Sakinlərin nəqliyyat, telekommunikasiya, internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb. Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.