Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri zamanı Qusar rayonundan daha bir neçə hərbçimiz şəhid olub. Bu barədə ShimalNews 21 sentyabr tarixində məlumat verir.
Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın adları:
- Oleq Cəfərov, İmamqulukənd sakini;
- Niyazi Məmmədəliyev, Gədəzeyxur kənd sakini;
- Ramazan Nurməhəmmədov;
- Heybətov Sergey, Ukur kəndi.
Allah rəhmət eləsin!
Ordumuz tərəfindən Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılması hərbi tədbirləri həyata keçirilib. Hazırda düşmən ərazilərimizi tərk edir, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunur.