Qusarın Aşağı Ləgər kəndində 5 nəfərin zəhərlənməsi qeydə alınıb. Bu barədə ShimalNews 29 iyul tarixində “Unikal”a istinadən məlumat verir.
Toy məclisində 5 yaşlı Z.Səfərova, 17 yaşlı S.Səfərova, 10 yaşlı Ə.Aydazadə, 13 yaşlı İ.Eyubov və 58 yaşlı E.Primov qida qəbul etdikdən sonra özlərini pis hiss ediblər. Onlar xəstəxanaya çatdırılıblar.
Araşdırma aparılır.