Qusarda Mirvarid Dilbazinin 110 illiyi ilə əlaqədar tədbir keçirilib. Bu barədə ShimalNews 24 avqust tarixində Xaçmaz RMİ-yə istinadən məlumat verir.
Mərasim Cağarqışlaq kənd kitabxana filialında təşkil edilib. “Xalq Məhəbbəti qazanmış şairə” adlı tədbirdə gənc oxucular Dilbazinin yaratdığı sənət əsərləri ilə yaxından tanış olublar. İştirakçılara şairin həyat və yaradıcıllığından maraqlı məlumatlar verilib.
Daha öncə şairin xatirəsinə həsr edilən tədbir Xaçmazda baş tutmuşdur.