Xaçmazda “Xalq məhəbbəti qazanmış şairə” mövzusunda tədbir keçirilib. Bu barədə ShimalNews 18 avqust tarixində Xaçmaz RMİ-yə istinadən xəbər verir.

Tədbir Padar kənd kitabxana filialında təşkil edilib. Burada Mirvarid Dilbazinin 110 illiyi ilə əlaqədar məlumat günü keçirilib.

Tədbir zamanı gənclərlə tanınmış şairin həyat və yaradıcılığı müzakirə edilib.