Qusarın Gündüzqala kəndində tapılan meyit qadına məxsusdur. Bu barədə ShimalNews 16 iyun tarixində “Apa”ya istinadən məlumat verir.
Ötən gün su kanalında aşkar edilmiş cəsədin rayon sakini Tahirə Qayıbxanovaya məxsus olduğu bilinib. O, əqli əziyyət çəkən, II qrup əlil idi.
Meyitin müayinəsi zamanı onun üzərində xəsarət aşkar edilməyib, lakin o, kəskin çürüməyə məruz qalıb.