Qusar rayonunda Şəhidlər xiyabanı ziyarət edilib. Bu haqda ShimalNews 22 iyul tarixində məlumat verir.
Tədbirdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, rəis müavini Mustafa Nuhbalayev, Qusar Olimpiya İdman Kompleksinin direktoru Elşən Məmmədov, Qusar rayonu üzrə gənclər və idman sektorunun müdiri Emil Əmirmətov iştirak ediblər.
Qəhrəmanlarımızın məzarlarına tər qərənfillər düzülüb. Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.