top
Qusarda sahibkarların obyektlərinin əlindən alınması ilə bağlı - AÇIQLAMA
18 sentyabr 2024, 19:10
- ↺ +

Qusarda sahibkarların obyektlərinin əlindən alınması ilə bağlı - AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qusarda bir qrup sahibkarın fəaliyyətinə müdaxilələrin olduğu iddia olunur.

ShimalNews “Bizim.mediа”ya istinadən xəbər verir ki, Bu hal “Samur” gömrük-sərhəd buraxılış məntəqəsi yaxınlığında qeydə alınıb. İddialara görə həmin ərazidə obyektlərin söküləcəyi, onların yerində isə hansısa təyinatlı obyektlərin inşa ediləcəyi bildirilir.

Sahibkarlar bildirib ki, bir neçə gündür ki, onların qanuni mülkiyyətində olan iaşə obyektlərinin işığı və qazı kəsilib. Üstəlik icra başçısının göstərişi ilə bu obyektlərə su da verilmir.

Digər iddialara görə “Turist” kafesinin sahibi Ramin Talıbov, “Ukraina” kafesinin sahibi Teymur Səlimov, “Rossiya” kafesinin sahibi Hikmət Xəlilov ən çox təzyiq edilən sahibkarlardır. Onlara öz mülkiyyətlərindən imtina etmək üçün konkret vaxt verilib.

Qusar rayon sakini Sultan Mehralıyev yerli mediaya açıqlamasında deyib ki, mülkiyyət hüququ ona məxsus olan “Azərbaycan” adlı restoranı yerli məmurların və gömrük işçilərinə yaxınlığı ilə seçilən Rüfət Qəhrəmanovun təzyiqi ilə onun əlindən alınır. Hansı ki, sözügedən restoran Samur-gömrük sərhəd buraxılış məntəqəsinin yaxınlığında yerləşir. Sultan Mehrəliyevin sözlərinə görə özünü terminalın işçisi kimi təqdim edən Rüfət Qəhrəmanov ona 242.000 manat təklif edərək “Azərbaycan” restoranını təhvil verməsini tələb edib. Şikayətçi qeyd edib ki, ona bu yöndə edilən təzyiqlərdə Samur qəsəbəsinin icra nümayəndəsi Elxan Babayev və yerli bələdiyyə sədri Elnarə Eyyubova da yer alır. Bu şəxslər sahibkara deyiblər ki, guya restoranın yerində gömrüyə aid hansısa infrastruktur binası tikmək istəyirlər. Hətta bu məsələyə görə sahibkar Qusar rayon İcra Hakimiyyətinə dəvət edilib. Onunla başçının müavini Şahid Fərəməzov, Hüquq şöbəsinin müdiri Telman Kazımov və baş memar Şahbaz Saruxanov söhbət edib. Şikayətçi iddia edib ki, icra hakimiyyətindəki görüşdə tanımadığı bir gömrük işçisi də iştirak edib.

Məsələ ilə bağlı Qusar Rayon icra Hakimiyyətindən cavab olaraq bildirilib ki, rayon ərazisində genişmiqyaslı abadlıq-quruculuq tədbirləri həyata keçirilməkdədir:

“Respublikamızın sərhəd keçid məntəqələri yerləşən rayonlarında gömrük buraxılış məntəqələrinin qarşısında “Azərbaycan Respublikasının 2022-2026-ci illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın Tədbirlər Planına uyğun müasir infrastrukturun yaradılması tədbirləri həyata keçirilir. Qusar rayonunun da ölkəmizin şimal qapısı olduğunu, turizm bölgəsi kimi günü-gündən inkişaf etdiyini nəzərə alaraq, bütün rayon ərazisində, xüsusilə Samur Gömrük Buraxılış Məntəqəsi ətrafında abadlıq-quruculuq işlərinin görülməsinə, müvafiq layihə üzrə yeni infrastrukturun yaradılması üçün tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Qeyd olunan ərazidə infrastrukturun müasir tələblərə uyğunlaşdırılması üçün Dövlət Gömrük Komitəsi ilə birgə müvafiq işçi qrupu yaradılıb, əhali və sahibkarlar arasında izahat-maarifləndirmə işləri aparılıb. Ərazidə aparılan quruculuq tədbirləri çərçivəsində müxtəlif təyinatlı 27 obyektin qanunvericiliyin tələblərinə uyğun olaraq sökülməsi, bir sıra obyektlərin dam örtüklərinin və fasadlarının xüsusi tərtib olunmuş layihəyə uyğun olaraq yenidən qurulması nəzərdə tutulub”.

İcra hakimiyyətindən o da bildirilib ki, söküntüsü nəzərdə tutulmuş obyektlərin müvafiq qaydada qiymətləndirilməsi başa çatdırılıb və obyektlərin əksəriyyətində təmir işlərinə başlanılıb:

“Kompensasiya ödənilməklə sökülməsi nəzərdə tutulan obyekt sahiblərinə bildirişlər təqdim edilib, onlar arasında izahat işləri aparılıb. Bir daha bildiririk ki, icra edilən infrastruktur layihələri “Azərbaycan Respublikasının 2022-2026-ci illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın Tədbirlər Planına uyğun olaraq həyata keçirilir. Ərazidə əhaliyə gömrük və sərhədlə bağlı xidmətlərin göstərilməsi üçün müvafiq infrastrukturun yaradılması nəzərdə tutulur”.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər