Qusar rayonunun Əniq kəndində yanğın hadisəsi qeydə alınıb.
Shimal.News Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, ikimərtəbəli (hərəsi 50 kv.m) taxta konstruksiyalardan ibarət kotecin 2-ci mərtəbəsi və dam örtüyü yanıb.
Əraziyə FHN-in bölmələri cəlb olunub. Kotecin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.