Qusarda küləkli hava şəraiti sakinlərə və ətraf infrastruktura zərər vurub.
ShimalNews Rayon İcra Hakimiyətinə istinadən xəbər verir ki, elektrik təsərrüfatına, məktəb binalarına, bir sıra yaşayış məntəqələrində vətəndaşlara məxsus tikililərə və minik avtomobillərinə ziyan dəyib.
Bir sıra istiqamətlərdə elektrik dirəkləri aşıb, 7500-dən çox abonent işıqsız qalıb. Qalacıq, Quxuroba, Zindanmuruqqışlaq, Çubuqlu kəndlərində sakinlərə məxsus tikililərin, eləcə də Atlıxan kənd tam orta məktəbinin dam örtüyü sıradan çıxıb.
Hazırda elektrik enerjisinin təminatının bərpa olunması, eləcə də digər fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.