Qusarda meşə ərazisi tullantılardan təmizlənib. Bu haqda ShimalNews 6 avqust tarixində məlumat verir.
“Təmiz ölkəm” devizi altında keçirilən tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, yerli İcra Hakimiyyəti orqanlarının, bələdiyyələrin, yerli kommunal müəssisələr kombinatları əməkdaşlarının, yerli sakinlərin və ekokönüllülərin iştirakı ilə baş tutub.
Bu kimi aksiyalar həftənin 4 və 6-cı günləri bütün ölkə ərazisinin təbiət qoynunda həyata keçirilir.