Qusar rayonunda “Təmiz ölkəm” devizi altında təmizlik aksiyası keçirilib.
ShimalNews xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşlarının, yerli icra nümayəndəliklərinin, bələdiyyələrin, yerli kommunal müəssisə kombinatlarının nümayəndələrinin və sakinlərin Qusarçayın sahilində iməcilik aparıblar. Ərazidə toplanan tullantlar daşınıb.
Ümumrespublika Təmizlik Marafonu çərçivəsində 4.3 tondan çox tullantı yığılıb. Təmizlik aksiyalarının məqsədi ətraf mühiti təmiz saxlamaq, tullantıların düzgün şəkildə idarə olunmasını təşviq etmək, insanları təmizliyə və ətraf mühitə qarşı məsuliyyətli yanaşmağa yönəltməkdir.