Qusar rayonunda Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 106-cı ildönümü keçirilib. Bu haqda ShimalNews 26 iyun tarixində məlumat verir.
Rayonun vəzifəli şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və komando hərbi hissəsinin şəxsi heyəti tədbirdə iştirak ediblər. Heydər Əliyev Mərkəzində Qarabağ müharibəsi qaziləri, hərbi hissənin şəxsi heyəti və rayon ictimaiyyətinin nümayəndələri xüsusi təbrik edilərək, onlara söz verilmişdir.
Qusarlıların Vətən müharibəsində xüsusi şücaət göstərdiyini, 113 igid oğlunu şəhid verdiyini xatırladan Ş.Fərəməzov 106 yaşlı Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi şərəfli yolun hər birimizə nümunə olduğunu vurğulayıb.
Sonda Silahlı Qüvvələrin yaranmasına həsr olunan, H.Əliyev və ordu quruculuğuna aid sənədli film nümayiş olunmuşdur.