Qusar rayonunda intihar hadisəsi qeydə alınıb. Bu haqda ShimalNews 20 avqust tarixində "Lent.az"a istinadən xəbər verir.
Məlumata görə, rayon sakini, 67 yaşlı Nizam Şıxkərimov yaşadığı evin həyətindəki çardaqda özünü asıb. Onun cəsədini oğlu tapıb.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırılma aparılır.