Qusar Dövlət Ləzgi Dram Teatrı 33-cü dəfə teatr mövsümünə qədəm qoyub.
ShimalNews xəbər verir ki, açılış tədbirində icra başçısı Sahir Məmmədxanov, İcra Hakimiyyətinin və digər dövlət qurumlarının əməkdaşları da iştirak ediblər.
Tamaşaçılar üçün milli rəqs nümayiş etdirilib, daha sonra səhnə qurulub və teatrın aktyorları sevimli obrazları canlandırıblar.